Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şok: Afətə lağ edən 5 tibb bacısı işdən qovuldu - Video

Tarix: 15-03-2019 07:25     Baxış: 3356 A- / A+
Şok: Afətə lağ edən 5 tibb bacısı işdən qovuldu - Video

Afət Telmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini təhrif olunmuş formada hind musiqisi üzərində oxumasını parodiya edərək, sosial şəbəkədə yayan 5 tibb bacısı işdən qovulub.
Manevr.az xəbər verir ki, bu barədə Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinin layihə rəhbəri və aparıcısı Tarix Əliyev məlumat paylaşıb. T.Əliyev məlumatın dəqiqliyini yoxlamaq üçün Şəki Mərkəzi Xəstəxanasının sözügedən tibb bacılarından biri ilə də telefonla danışıb və danışığını sosial şəbəkə hesabında yayıb.

Tibb bacısı işdən çıxarılmalarını təsdiqləyib.

T.Əliyev baş həkim Elçin Əmirovla da əlaqə saxlamağa çalışdığını, lakin zənglərinə cavab almadığını qeyd edib və sabahkı verilişində bu məsələyə aydınlıq gətirəcəyini bildirib.

T.Əliyev daha sonra dünyada xəstəsi ilə rəqs edən həkimlərin videosunu da yayıb və burda heç bir qeyri-adi hal olmadığını bildirərək, nazir Oqtay Şirəliyevin işdən qovulanları geri qaytaracağına inam ifadə edib.

Qeyd edək ki, Şəki Mərkəzi Xəstəxanasının 5 tibb bacısı A.Fərmanqızının Nəsiminin qəzəli üstündə oxuduğu “Pəncu-şeş” hind mahnısına artıq bir çox yutuberin istifadə etdiyi formada məzəli reaksiya verib, sosial şəbəkə hesabında yaymışdılar.kult.az




Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar