Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Yeganə" şadlıq sarayının rəhbəri məhkəməyə niyə gəlmədi — SƏBƏB

Tarix: 15-03-2019 05:45     Baxış: 2246 A- / A+
"Yeganə" şadlıq sarayının rəhbəri məhkəməyə niyə gəlmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun yenə də məhkəməyə gəlmədiyi elan olunub.

Bildirilib ki, onun barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, iş adamı məhkəmə çağrışlarına məhəl qoymur.

Hakim qeyd edib ki, A.Rəhimov səhhətində problem olduğunu deyib. Hazırda xəstəxanada müalicə olunduğunu deyən iş adamı məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası martın 19-na təyin edilib.
İttiham aktına əsasən, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı, "Yeganə"şadlıq sarayının rəhbəri Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.

Qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində "Jeep Grand Cherokee" markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən, 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən 20 gün sonra R.Rəhimov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.
Qeyd edək ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar