Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yaponiyada sunami təhlükəsi - 7,3 bal gücündə zəlzələ oldu

Tarix: 22-11-2016 09:57     Baxış: 4325 A- / A+
Yaponiyada sunami təhlükəsi


Yaponiyanın şimalında, ilkin məlumata görə, Rixter cədvəli ilə 7,3 bal gücündə zəlzələ olub. Zəlzələ yerli vaxtla noyabrın 22-də səhər saatlarında olub. Yaponiyanın Meteroroloji Agentliyi sunami xəbərdarlığı verib.

Manevr.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, zəlzələin episentri Fukuşima prefekturasının sahil zolağında 10 km dərinlikdə olub. Fukuşima sakinlərinə ərazini tərk etmək məsəhət görülüb.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Zəlzələ paytaxt Tokioda da hiss olunub.

Xatırladaq ki, 2011-ci ildə Yaponiyada zəlzələ məhz Fukuşimada nüvə elektrik stansiyasında dağıntı törətmişdi.

***

APA-nın TASS agentliyinə istinadla yaydığı məlumata görəsə, Yaponiyanın İvaki şəhərində (Fukuşima prefekturası) neft kompleksində artıq yanğın baş verib.

Hadisə nəticəsində zərərçəkən olmayıb, yanğın söndürülüb.

Daha bir yanğın İvaki şəhərində yerləşən, “Kureha” kimya korporasiyasına məxsus müəssisədə baş verib. İlkin məlumata görə, ölən və yaralanan yoxdur.

Qeyd edək ki, bir neçə saat əvvəl Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Fukuşima prefekturasında yerləşib. Bir qədər sonra həmin ərazidə 5,5 maqnitudalı daha iki zəlzələ qeydə alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar