Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərli məcburi köçkün "gəzən ev" düzəltdi - VİDEO

Tarix: 13-03-2019 21:58     Baxış: 4235 A- / A+
Kəlbəcərli məcburi köçkün "gəzən ev" düzəltdi - VİDEO

Yevlaxda yaşayan məcburi köçkün gəzən ev düzəldib. O,1 otaqlı evi taxtadan və isti soyuq keçirməyən materiallardan hazırlayıb. Evin hərəkət etməsi üçün avtomobil təkərlərindən istifadə edib.
Ev, mənzil əslində daşınmaz əmlakdır. Amma bu evi istədiyin yerə daşımaq mümkündür. Yevlaxda yaşayan Kəlbəcər sakini Ruslan Nəbiyev "gəzən ev" düzəldib.

Usta əl işini dəmir parçaları,"Uaz" markalı avtomobilin təkərləri və taxta materialardan istifadə etməklə 45 günə hazırlayıb. Uzunluğu 6 metrə yaxın, eni 2 metr yarım, çəkisi 2 ton olan "Gəzən ev"-in daşınması əksər avtomobillərlə mümkündür. İçərisi taxtlarla yığıldığından əl işi xüsusi ilə diqqət çəkir.

Ümumi sahəsi 14 kvadrat metr olan daşınan evin içərisi iki mərtəbəyə bölünür. Sənətkar burada zövqə uyğun olaraq müəyyən dəyişikliklər etməyin mümkün olduğunu da deyir.

"Gəzən ev" görənlərin marağına səbəb olur. Türkiyədən ölkəmizə gələn sürücü, Azərbaycanda hazırlanan əl işinin keyfiyyətli və diqqət çəkən olduğunu deyir.

Kəlbəcərli sənətkar 45 gün vaxt sərf etdiyi əl işinə 4500 manat xərc çəkib. Təklif edilən məbləğ ürəyincə olsa "Gəzən ev"-i satmaq fikirinə düşə biləcəyini deyir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar