Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Evlilik verilişinə qatılan azərbaycanlı qadının sevgilisi öldürülübmüş

Tarix: 21-11-2016 21:53     Baxış: 4474 A- / A+
Evlilik verilişinə qatılan azərbaycanlı qadının sevgilisi öldürülübmüş


Türkiyənin Konya şəhərində baş vermiş dəhşətli qətlin üstü açılıb.

NTV telekanalı xəbər verir ki, avtomobilinin içində tapılan şəxsin tapança ilə atəş açılaraq öldürüldükdən sonra yandırıldığı məlum olub.

İstintaq prosesi zamanı öldürülən 39 yaşlı Erdal Tursunun bir neçə qadınla evli olduğu öyrənilib. Həmçinin öldürülən şəxs haqqında fırıldaqçılıq iddiaları ortaya çıxmağa başlayıb.

Bir müddət əvvəl Konyaya gələn Erdal Tursun ilə Serbiyada tanış olduğu və aralarında ədavət olduğu ortaya çıxan Mehmet Anın da şəhərdə olduğunu öyrənən polis araşdırmasını bu istiqamətdə davam etdirib.

Mehmet Anın 31 yaşlı həyat yoldaşı Elanur Zümrüd A. ilə Erdal Tursunun münasibətdə olduğunu öyrənən polis əldə etdiyi dəlillərdən sonra Mehmet A., həyat yoldaşı Elanur Zümrüd A. və Mehmet Anın 35 yaşlı dostu Əli K.-nı saxlayıb.

Mehmet An ilkin ifadəsində: "Erdal Tursunun arvadımla əlaqəsi vardı. Uşaqlarımın ondan olduğunu söylədi. İş birliyi bəhanəsiylə buraya çağırdım. Spirtli içki içdik. Avtomobilə oturanda tapança ilə atəş açdım. Sonra benzin töküb avtomobili yandırdım", - deyib.

Digər tərəfdən, öldürülən Erdal Tursunun 2013-cü ildə qatıldığı bir evlilik verilişində azərbaycanlı Esmira Əsgərova adlı qadınla dini nikaha girdiyi ortaya çıxıb. (milli.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar