Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan bu baxımdan dünyaya təsir etdi - Kamal Abdulla

Tarix: 12-03-2019 19:44     Baxış: 3189 A- / A+
Azərbaycan bu baxımdan dünyaya təsir etdi

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının birgə təşkilatçılığı ilə “ADU və multikulturalizm ənənələri” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə kult.az-a ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla multikulturalizmin tarixi, mədəniyyəti, mənəviyyatı, ədəbiyyatı, dini özündə cəmləşdirdiyini deyib:

“Azərbaycan multikulturalizminə maraq, Şərq ölkəsinin avropalılarda oyatdığı maraq Şərq və Qərb münasibətlərinin bugünkü təzahüründən başqa, eyni zamanda Azərbaycan dövlətçiliyinin bu gün qazandığı uğurlara olan münasibətdir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti dərəcəsinə gətirilməsi öz-özlüyündə dünyada multikulturalizmin iki qütbünü müəyyənləşdirdi: bədbin qütb və nikbin qütb. Multikulturalizmə bu istiqamətdən baxanda prezidentimizin təşəbbüsü ilə keçirilən bir çox tədbirlər olmasaydı, bu gün Azərbaycan multikulturalizmi dünyada öz mövqeyini bu şəkildə qura bilməzdi. Bütün görülən işlər sistemli şəkildə bir-birini tamamladı. Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi o universitetlərin tələbələrinin Azərbaycana qış və yay məktəblərinə gəlişi ilə tamamlanırdı. Daha sonra həmin tələbələrin Azərbaycanla əlaqələrinin başqa forması yaranırdı”.

Kafedranın müdiri professor Adil Babayev Azərbaycan multikulturalizminin dünyada özünə şərəfli yer tutduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin multikulturalizmin yeni inkişaf modellərini qurduğunu qeyd edən professor Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılmasından söz açıb.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, Azərbaycanşünaslıq ETL-nin aparıcı elmi işçisi akademik Möhsün Nağısoylu və b. məruzələrlə çıxış ediblər.

Dəyirmi masa tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar