Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının mərkəzi çay evində stiriptiz klub var imiş – BİABIRÇI VİDEO YAYILDI

Tarix: 05-03-2019 19:23     Baxış: 4386 A- / A+
Bakının mərkəzi çay evində stiriptiz klub var imiş – BİABIRÇI VİDEO YAYILDI

Bakının Nəsimi rayonunun bir qrup sakini yaşadıqları ərazidəki fəaliyət göstərən klubdan şikayətçidir.

Manevr.az xəbər verir ki, sakinlərdən bakupost.az-a daxil olan müraciətdə bildirilir ki, Nəsimi rayonu, Azadlıq prospekti 64 fəaliyyət göstərən klub illərdir binada yaşayanları narahat etsə də, dövlət qurumları bu barədə heç bir tədbir görmür.

Sakinlər deyir ki, yaşadıqları binanın altında fəaliyyət göstərən “Elita klub” səs effektləri ilə ətrafda yaşayan hər kəsi narahat edir: “Heç kəs bunlarla bacara bilmir. Hər yerə şikayət eləmişik, icra hakimiyyətinə, polis idarəsinə, 102 “Qaynar xətt”inə. Hər bir qonşu hər axşam harasa zəng edib, şikayət edir, amma heç bir xeyri yoxur”.

Şikayətçilər deyir ki, klub Nəsimi polisi ilə üzbəüz yerləşsə də, oradakı qanunsuzluqla heç kim məşğul olmur.

Sakinlərin sözlərinə görə, dəfələrlə polis əməkdaşları şikayət əsasında həmin ərazidə olublar, lakin hər dəfəsində “gözdən pərdə asmaq üçün” hansısa protokol tərtib olunub: “Ardı-arası kəsilməyən səs-küy polisin görünməsi ilə bir neçə saatlıq dayanır. Polislər getdikdən sonra isə yenidən eyni şey başlayır”.

Davamlı şikayətlərdən sonra polisdən sakinlərə qeyri-rəsmi şəkildə bildirilib ki, onlar obyekt sahibləri ilə bacarmır, icra hakimiyyətinə müraciət etsinlər.

Şikayətdə bildirilir ki, 9 ilə yaxındır davam edən problemlə barədə heç bir ölçü götürülməyib. Sakinlərin şikayətləri əsasında “çay evi” 5-6 dəfə bağlansa da, yenidən icarəyə verilib və analoji hal davam edib.

Sakinlər deyir ki, ötən il Bakı Şəhər Baş Polis İdarəsinə yazdıqları şikayətdən sonra BŞBPİ adıçəkilən obyektin təyinatının dəyişdirilməsi üçün müvafiq dövlət qurumlarına müraciət edib və sakinləri narahat edən problemin aradan qaldırılması üçün Nəsimi polisinə tapşırıb verib, lakin bununla belə, problem hələ də həllini tapmayıb.

Çay evi kimi fəaliyyət göstərdiyi bildirilən obyekt isə aşağıdakı videodan da göründüyü kimi heç də sadəcə çay evi deyil. Bura daha çox striptiz klub kimi fəaliyyət göstərir. Şəhərin mərkəzində sakinlərin davamlı şikayətinə rəğmən striptiz klubla bağlı heç bir ölçünün götürülməməsinin səbəbi isə çox maraqlıdır.
Bakının mərkəzi çay evində stiriptiz klub var imiş – BİABIRÇI VİDEO YAYILDI




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar