Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda baş verən qətllə bağlı – Rəsmi açıqlama

Tarix: 04-03-2019 19:14     Baxış: 3212 A- / A+
Bakıda baş verən qətllə bağlı – Rəsmi açıqlama

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda baş verən qətllə bağlı açıqlama yayıb.

Manevr.az xəbər verir ki, paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Belə ki, martın 3-də saat 03.50 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 35 saylı binanın qarşısında paytaxt sakini, 1964-cü il təvəllüdlü Nəsirov Fərzalı İdris oğlunun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında Bakı şəhər prokurorluğu, rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilin və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qazıyev Adil Sabir oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar