Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İranla bağlı şok hesabat - 9 yaşlı qızları...

Tarix: 28-02-2019 14:55     Baxış: 3201 A- / A+
İranla bağlı şok hesabat - 9 yaşlı qızları...


İranda milli və dini azlıqlardan olan fəalların kütləvi həbsləri də davam edir.

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman İranda insan haqlarının vəziyyəti ilə bağlı II hesabatını bu təşkilatın İnsan Hüquqları Şurasına təqdim edib.

Hesabatda İranın dini-siyasi rəhbərliyindən qanunsuz edamları dayandırmaq tələb olunub.

Hesabatda bildirilir ki, İran İslam Respublikasında dini-siyasi rejimə qarşı keçirilən kütləvi etirazların davam etməsi ölkə üzrə insan haqlarının kobud formada pozulmasının təzahürüdür:

"Bunu hüquqşünasların, hüquq müdafiəçilərinin və əmək fəallarının həbs olunması, İran hakimiyyətinin vətəndaşların dinc etirazlarına qarşı zorakılıq nümayiş etdirməsi də göstərir.

Biz İranda yaşı 18-ə çatmamış yeniyetmələrin edam olunmasının davam etdirilməsindən narahatlığımızı bildirir, hesab edirik ki, İran İslam Respublikası bu edamlarla beynəlxalq qanunlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini nümayiş etdirir.

Təəssüflər olsun ki, İran İslam Respublikası qanunlarına görə, 9 yaşına çatan qızları və 15 yaşına çatan oğlanları edam etmək mümkündür. Məhz həmin qanunlara görə, 2013-cü ildən bu yana İranda yaşı 18-ə çatmamış ən azı 33 məhkum edam edilib. Düşünürük ki, İran parlamenti və İran Məhkəmə Sistemi yeniyetmələrin edamını dayandırmalıdır. Ümumilikdə isə 2018-ci ilin yanvarından oktyabr ayına qədər İranda ən azı 207 nəfər müxtəlif ittihamlara görə edam olunub".

Hesabatda qeyd edilib ki, xəbərdarlıqlara baxmayaraq, İranda milli və dini azlıqlardan olan fəalların kütləvi həbsləri də davam edir:

"O cümlədən Azərbaycan əyalətlərində, Kürdüstan və Sistan-Bəlucistanda milli fəalların, eləcə də bəhailərin, xristianlığı qəbul edənlərin, Qonabad dərvişlərinin, əmək fəallarının və ikili vətəndaşlığı olanların həbsinin davam etdirilməsi ciddi narahatlığa səbəb olur".\teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar