Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bıçaqla qorxutmaq istədi, amma...

Tarix: 28-02-2019 10:10     Baxış: 3166 A- / A+
Bıçaqla qorxutmaq istədi, amma...


Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qəsdən adam öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi ötən gün başlayıb.

Manevr.az trend-ə istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Özünü ittihamlarda təqsirli bilən təqsirləndirilən şəxs deyib ki, Musa Babayevlə qonşu olub və mərhumla aralarında mütəmadi mübahisələr yaranıb: "Məni söyürdü, təhqir edirdi. Artıq onun təhqirlərindən bezmişdim. Sonra Musa məni görüşə çağırdı. Evdən bıçaq götürüb getdim. Onu bıçaqla qorxutmaq istəyirdim. Lakin həmin zaman məni yenə təhqir edib döydü. Mən də hadisə zamanı özümdə olmadım, bıçağı necə vurduğum da yadımda deyil. Evə gəldim, bacıma dedim. Bacım da atama dedi. Məni aparıb polisə təhvil verdilər. Həmin bıçağı da polisə təqdim etdim".

Proses martın 6-da davam edəcək.

İttihama görə, ötən il Binəqədi rayonunun Hökməli qəsəbəsində 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb.

Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb.

Məlumata görə, gənclər arasında dava şit zarafat üstündə olub. Belə ki, A.İsmayılov avtobusda sürücü köməkçisi işləyən zaman qonşusu M.Babayev onun başına iki dəfə sillə vurub.

A.İsmayılovun sözlərinə görə, həmin vaxt avtobusda sərnişinlər də olub və bu hərəkəti qəbul edə bilməyib. Sonra isə aralarında yenə mübahisə düşüb və o, M.Babayevi bıçaqlayaraq öldürüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar