Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda məcburi köçkünlərin evləri yandı - Onlara yeni mənzillər veriləcək - VİDEO

Tarix: 20-02-2019 18:19     Baxış: 3170 A- / A+
Bakıda məcburi köçkünlərin evləri yandı - Onlara yeni mənzillər veriləcək - VİDEO


Bakıda yanğın baş verib. Bir evdə başlayan yanğın zəncirvari olaraq daha 4 evə keçib.

Manevr.az
-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Sovet vaxtı Balaxanı Neft İdarəsinə məxsus traktor parkının qarajında məskunlaşan Kəlbəcər və Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları evlərdən birində qəfil yanğın başlayıb. Sakinlər yanğını görüb dərhal evdən uşaqları və qocaları götürüb çıxıblar. Onlar daha sonra əşyalarını çıxarmaq istəsələr də, alov qısa bir zamanda digər evlərə keçib və miqyası böyüyüb.

Hadisə yerinə Sabunçu rayon Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəliblər. 4 yanğınsöndürən avtomobil və xeyli sayda canlı qüvvənin müdaxiləsi ilə yanğın söndürülüb və daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisə yerinə baxış zamanı məlum olub ki, yanğın bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 5 ailənin məskunlaşdığı 4 tikilidə baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, məcburi köçkünlərin məskunlaşdıqları bir dam altında tikilmiş, ümumi sahəsi 1140 kvadratmetr olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 670 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının ilkin ethimal kimi elektrik xətlərindəki qısaqapanmadan baş verdiyi bildirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yanğın barədə məlumat alandan dərhal sonra Dövlət Komitəsinin məsul əməkdaşları hadisə yerində olublar. Yanğın nəticəsində müvəqqəti məskunlaşma yerləri yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar.

Dövlət Komitəsi yanğından zərər çəkən ailələrə Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış "Ümid" qəsəbəsində yeni mənzillər təklif edəcək.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar