Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Elmar Vəliyev şəhid anasının həbs edilməsini istədi, general isə..." - jurnalistin məhkəməsindən ilginc məlumatlar

Tarix: 20-02-2019 15:47     Baxış: 3187 A- / A+
"Elmar Vəliyev şəhid anasının həbs edilməsini istədi, general isə..." - jurnalistin məhkəməsindən ilginc məlumatlar



“Criminal.az” saytının rəhbəri Anar Məmmədovun məhkəməsi davam etdirilib.


Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Gülnar Muradova ifadə verib.

O, bildirib ki, 2006-cı ildə Gəncə Şəhər Polis idarəsində general Rasim Musayevin əmri ilə polis əməkdaşı olub. 2011-ci ildə ailə vəziyyətilə bağlı işdən ayrılıb. Polis idarəsində polis nəfəri, cinayət axtarışı üzrə inspektor olduğunu deyən Muradova hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyib.

Sərbəst ifadə verən Muradova təqsirləndirilən Anar Məmmədovu Gəncə hadisələrindən əvvəl tanıdığını deyib: "Gəncədə obyekt işlədən zaman orada kriminal hadisə baş verdi. Həmin kriminal hadisələr baş verən zaman rəhbər heyətə teleqramlar vurdum. İnternet vasitəsilə Anar Məmmədovla tanış oldum. Anar müəllimə bildirdim ki, obyektə yığılmış kriminal şəxslərin qarşısını ala bilmirəm. Ondan saytında həmin hadisəni yayımlamasını istədim. Çünki rəhbər şəxslər bu hadisələri görmürdü. Kiçik məmurlar baş vermiş hadisəni gizlədirdi. Anar müəllim həmin hadisə ilə bağlı məlumatı yayımladı. Tanışlıq da buradan yarandı".

Şahid söyləyib ki, Gəncə hadisələri baş verəndə Anar Məmmədov ona zəng vurub: "Anar dedi ki, icra başçısının mühafizəçisinin rəhmətə getdiyini deyirlər. Bildirdim ki, başçının mühafizəçisi Qasım Aşbazov mənim iş yoldaşım olub. İllərlə birlikdə işləmişik. Onun xəstəxanada olduğunu dedim. Sonra gördüm ki, Anar Məmmədov həmin hadisələrlə bağlı internetdə yazıb. Mənə verdiyi sual ancaq o oldu ki, mühafizəçisi ölüb, ya yox? Bildirdim ki, polis kimi hamımız xəstəxananın qarşısına yığışmışıq, o, ölməyib. Sonra Anar müəllim bildirdi ki, prokurorluğa çağırılmışam. Siz mənim haqqımda yalan ifadə vermisiniz. Sonra müstəntiq Cavid Abbasov məni Bakı Şəhər Prokurorluğuna çağırdı, mən necə var, elə danışdım. Mən Anar Məmmədovu obyektimdə olan kriminal hadisə ilə bağlı tanıyıram. Həmin hadisəni törətmiş şəxslər yenə bizim obyektdə eyni hadisəni törədib. Gəncə olaylarında tutulan Fərrux da həmin şəxslərdəndir. Anar Məmmədova bu barədə məlumat demişdim və o, saytda yayımlamışdı. Mən dediklərimin arxasında dururam, məsuliyyətim varsa hazıram. İnternetdə yayırlar ki, guya mən üzə duranlıq etmişəm. Qanun nədir odur, mən heç kimin üzünə durmamışam, olanları demişəm".

Suallara cavab verən şahid bildirib ki, watsapp sosial şəbəkəsində Gəncə camaatını Yunis Hüseynovu (Gəncənin icra başçısına sui-qəsd edən şəxs) tək qoymamağa səsləyən çağırışlar eşidən zaman rəsmi qurumlara teleqram vurub.

Prokurorun şahidə sual verib: "Criminal.az saytında efirə gedən “Gəncənin güllələnən icra başçısının qalmaqallı və bəlalı yolu – General Rasim Musayevlə kəllələşmənin pərdəarxası”, “Gəncədə baş verən hadisə Elmar Vəliyevin kobudluğunun nəticəsidir” başlığı altında gedən məqalələrlə bağlı Anar Məmmədova nə demisiniz?"

G.Muradova qeyd edib ki, Anar Məmmədov ondan Rasim Musayevə atəş açılması haqda soruşub: "Dedim ki, xeyr, mən həmin ərəfədə Rasim Musayevin işçisi idim. Biz yas yerindən gəlirdik. Rasim Musayevə silah atılmayıb. Onların kəllələşməsinin də biz şahidi olmadıq. O, Hacıkənddən düşən zaman bir nəfər şəxsə yol verməmişdi, rəhbər heyəti gedirdi. O zaman da rəhbər heyət əsəbiləşərək mübahisə etdi, münaqişə yarandı. Orda silah atılmayıb, səsyazmamız var. Anar deyir ki, bəs Elmar müəllimə kəllə vurublar, dedim “xeyr”, orda polis əməkdaşlarının pul yığımı söhbəti vardı, deyilmişdi ki, polis əməkdaşları pul yığmasın. Anar müəllim sual verib. Mən cavab vermişəm. Dedim ki, orda elə bir şey olmayıb. Dedim ki, orda zalda heç kim olmayıb. Ancaq rəhbərlər olub. Şəhidlər Xiyabanında Xocalı soyqırımı ilə bağlı tədbir vardı. Bir xanım çıxdı ki, mənə kömək edin. Orda əmr verildi ki, xanımı həbs elə... Rasim Musayev dedi ki, mənə şəhid anasını həbs etmək yaraşmaz. Onunla bağlı mübahisə yarandı. Bundan sonra polis nəfərinin nə ixtiyarı var, onların söhbətinə qulaq asaq? Sonra Rasim müəllim gəlib dedi ki, kompüteri ona təhvil verim. Otaqdan əynini geyinib çıxdı. Sonra gerisinə biz qarışmadıq. Amma bugünkü günə kimi də hər bir jurnalistdən xahiş edirəm, yalvarıram ki, bilib-bilmədiyinizi yazmayın. Anar Məmmədovun yazdığı məqalələrin birini oxudum, birindən dərhal incidim, orda mənim haqqımda “keçmiş məhkum” yazmışdı, dərhal ona göndərdim ki, mən məhkum olmamışam, cərimə olunmuşam. O cərimə də mənim polis formasında girib, mağazadan mal almağımla bağlı olub".

A.Məmmədov qeyd edib ki, Gülnar Muradova ona mesaj göndərərək müstəntiqin təzyiqi ilə üzləşdiyini, ona qarşı ifadə verilməsini istədiyini deyib.

G.Muradova qeyd edib ki, müstəntiq ona deyib ki, Anar Məmmədovun yazdığı yazıların həqiqətə uyğun olmadığını desin. Amma o, yalnız Rasim Musayev və özünün məhkum olunması ilə bağlı yazılara münasibət bildirib və həqiqətə uyğun olmadığını deyib.

Xatırladaq ki, general Rasim Musayevin Elmar Vəliyevlə münasibətlərini yaxşı olmaması mətbuatda dəfələrlə yazılıb. Elmar Vəliyev Gəncənin polis rəisi olan general Musayevi bir neçə dəfə cəzalandırmağa çalışıb. Şəhid anasının həbs edilməsi ilə bağlı mübahisədən sonra general öz ərizəsi ilə işdən azad edilməsini istəyib və sərəncama götürülüb.

Bildirək ki, Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Gəncə hadisələrindən sonra onun rəhbəri olduğu sayt bloklanıb. İttihama görə, o, rəhbəri olduğu saytda cəmiyyətdə çaşqınlıq yaradan, dövlət əleyhinə çıxışlara səsləyən məlumatlar dərc edib.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar