Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Lotu Qulinin 3 adamı tutuldu: polis basqını - VİDEO

Tarix: 17-02-2019 13:09     Baxış: 5339 A- / A+
Lotu Qulinin 3 adamı tutuldu: polis basqını

Ukraynanın Odessa şəhərində güc strukturlarının apardığı əməliyyat tədbirləri çərçivəsində qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) 3 adamı saxlanılıb.

Onlar ötən ilin dekabrın 13-də iş adamı Nikolay D.-yə sui-qəsd təşkil etməkdə ittiham olunurlar. Boz rəngli Latviya seriyalı “Mersedes” markalı avtomobildə olan iş adamına yaxınlaşan 4 şəxs atəş açaraq, ona məxsus 700 min qrivna (təxminən 26 min dollar) və 23 min dollar pulunu əlindən alıblar. İnsident zamanı yaralanan biznesmen xəstəxanaya aparılıb. Onun özü də saxta pul saxlamaq, istehsal etmək və satmaqda ittiham olunur.

Hüquq-mühafizə orqanı əməkdaşları biznesmenin evinə baxış keçirərkən 20 min dollar dəyərində olan saxta 100 dollarlar tapıblar.

Həmin gün polis hadisə yerinin yaxınlığında iş adamına hücum edən şəxslərin avtomobilini tapıb. Aparılan istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Həmçinin kriminal dəstə üzvlərinin 8 məkanına basqın edilib. Oradan 2 ədəd avtomat, 1 ədəd səsboğucusu olan tapança, 2 ədəd vinçestr silahı, saiqa karbini, müxtəlif çaplı patronlar, kommunikasiya avadanlıqları və İsrail, Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Moldovaya aid 300-dən çox xarici pasport ələ keçirilib.

Saxlanılan şəxslərin Nadir Səlifovun (Lotu Quli) klanının üzvləri olduğu bildirilir.

Qeyd edək ki, Səlifovun klanı Ukraynada kriminal aləmə nəzarət edir. Türkiyədə yaşayan Lotu Quli nümayəndələri vasitəsilə orada fəaliyyət göstərir. Ukrayna polisi isə zaman-zaman onları saxlayır və deportasiya edir. Sonuncu belə hadisə yanvarın sonlarında Maripul şəhərində baş vermişdi. 45 nəfərin iştirak etdiyi məclisə polis basqını olmuş və 1 nəfər saxlanılmışdı. Odessada cinayət aləminə nəzarət uğrunda Lotu Qulinin klanı ilə gürcüstanlı qanuni oğru Antimoz Kuxilovun klanı arasında mübarizə gedir.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar