Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qatil" uşaq avtomobil oturacağı hələ də satılır

Tarix: 16-02-2019 20:00     Baxış: 4257 A- / A+
"Qatil" uşaq avtomobil oturacağı hələ də satılır




Britaniyada satışı qadağan edilmiş uşaq avtomobil oturacağı hələ də bəzi internet saytlarına yol tapır, nüfuzlu istehlakçı qrupu bildirir.


Sintetik parçadan hazırlanan bu növ oturacaqlar Britaniyada təqribən 8 funt sterlinqə (17.5 AZN) satılır.

İri online ticarət platformaları ( Amazon, eBay və AliExpress) həmin oturacaqların saytdan yığışdırıldığını bəyan ediblər.

Qəza sınağı

İstehlakçı haqlarının müdafiəsi üzrə Which? qrupuna əsasən uşaq kürsüləri qəza vaxtı demək olar ki, sərnişini qorumur.

2014-cü ildə keçirilmiş kraş-test sınaqları zamanı saatda 50 km sürəti ilə hərəkət edən maşındakı oturacaq qəza vaxtı pərəm-pərəm olub.

Kürsünü yerində bağlı saxlayacaq kəmərlərin səhvən açılması nəticəsində oturacaqdakı uşaq test-manekeni ön şüşədən bayıra atılıb.

Qadağa

Ticarət standartlarına nəzarət edən rəsmilər uşaq oturacaqlarına "qatil" adını verərək onların satışını qadağan ediblər.

Lakin istehlakçı qruplarına əsasən, kürsülər bəzi internet platformalarından tam yığışdırılmayıb.

İstehlakçıların Which? qrupundan Alex Neill deyir ki, belə "qatil" oturacaqların necə bir risk olduğu barədə fikir valideynləri "dəhşətə gətirə bilər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar