Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sosial şəbəkədə "tutduğu" qadını girov saxladı, dəfələrlə zorladı – Bakıda şok olay

Tarix: 09-02-2019 12:30     Baxış: 3164 A- / A+
Sosial şəbəkədə "tutduğu" qadını girov saxladı, dəfələrlə zorladı – Bakıda şok olay

Bakının Nizami rayonunda zorlama faktı qeydə alınıb.

Manevr.az
teleqraf.com-a istinadən xəbər verir ki, paytaxt sakini Roman İbrahimov sosial şəbəkələrdən birində Samirə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə tanış olub.

Daha sonra Roman İbrahimov Samirə ilə real həyatda görüşməyə başlayıb.

Bu günlərdə Roman Samirəni rayon ərazisində evlərdən birinə gətirib və orada qanunsuz olaraq saxlayıb.

Roman həmin evdə Samirə ilə dəfələrlə zorla intim əlaqədə olub.

Daha sonra o, Samirəyə zorakılıq göstərib və həmin evdə qalmasını tələb edib. Samirə onun tələbini yerinə yetirmədiyi halda Roman onun yaxın qohumlarını öldürməklə hədələyib.

Roman Samirəni hədələyən zaman silah qismində olan əşyanı nümayiş etdirib. Bu hədələrdən qorxan Samirə həmin evdə qalmağa razı olub.

Samirə evdə qaldığı müddətdə Roman onunla dəfələrlə cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Roman İbrahimovun barəsində Cinayət Məcəlləsinin 145.2.6-cı (silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə), 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə) və 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddələri ilə ittiham elan edilib.

Nizami rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının Roman İbrahimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxılıb.

Hakim təqdimatı təmin edib və Roman İbrahimovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda bu cinayət işi üzrə istintaq hərəkətləri davam edir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar