Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda polis azyaşlını döyüb? - Rəsmi açıqlama/Video

Tarix: 06-02-2019 19:14     Baxış: 3223 A- / A+
Bakıda polis azyaşlını döyüb?

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə yayılan polisin küçə ticarəti ilə məşğul olan azyaşlıya təzyiq göstərməsini özündə əks etdirən videogörüntülərə münasibət bildirib.
BŞBPİ-nin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "report"a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə polisin azyaşlı uşağa qarşı təzyiq göstərməsi ilə bağlı yayılan videogörüntülər həqiqəti əks etdirmir: "Nərimanov rayon Polis İdarəsində "Təhlükəsiz Şəhər" kamerasının vasitəsi ilə bu videogörüntü hərtərəfli araşdırılıb, orada iddia olunan hallar təsdiqini tapmayıb. Azyaşlı uşağa və ya hansısa vətəndaşa zor tətbiq edilməsi ilə bağlı hərəkətlər müşahidə olunmayıb. Həmçinin azyaşlı özü və onun valideynləri müəyyən olunaraq onlarla profilaktiki söhbət aparılıb, bu əməlinin qanunazidd olduğu izah edilib".

Qeyd edək ki, sosial şəbəkələrdə bakıda küçə ticarəti ilə məşğul olan azyaşlıya polis əməkdaşının təzyiq etməsinə dair video görüntülər yayılıb. Görüntüdən belə məlum olur ki, Nərimanov RPİ-nin inzibati ərazisində xidmət aparan polis naryadı avtomobil yolunun hərəkət istiqamətində qanunsuz küçə ticarəti ilə məşğul olan azyaşlını bu əməlindən yayındırmağa çalışır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar