Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bakıda atası ilə birgə "Ambassador" oteli işlədirlər" - Zorlanan qızın atası

Tarix: 04-02-2019 15:14     Baxış: 4455 A- / A+
"Bakıda atası ilə birgə "Ambassador" oteli işlədirlər" - Zorlanan qızın atası

Məktəbli qızla intim əlaqədə olmaqda təqsirləndirilən Nəriman Əhmədovun məhkəməsi keçirilib.

Zərərçəkmiş tərəf Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Hakim Babək Pənahov təqsirləndirilən N.Əhmədovun barəsində həbs qətimkan tədbiri seçməkdən imtina edib və onu ev dustaqlığına göndərib.

Zərəçəkmiş 14 yaşlı qızın valideynləri N.Əhmədovun həbs olunması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Bu gün baş tutan prosesdə vəkil çıxış edərək şikayətin məzmununu çatdırıb. Hakim isə işlə tanış olmaq üçün vaxt istəyib, proses sabah davam etdiriləcək.

Qızın atası isə qafqazinfo.az-a açıqlamasında bildirib ki, N.Əhmədov onun qızı ilə bir neçə dəfə cinsi əlaqədə olub: "Hadisə noyabrın 9-dan başlayaraq davam edib, dəfələrlə təkrarlanıb, 4 dəfə olub. Uşağın beyni ağ vərəqdir, şirin dili ilə onu aldadıb. Qızımın psixoloji vəziyyəti pisdir, çalışırıq gündəlik həyatına davam etsin. Hələ ki, məktəbə, dərslərə getmir. Hadisədən əvvəl özüm onu məktəbə aparıb günorta gətirirdim. Daha sonra hazırlıq kurslarına gedirdi, hadisə də axşam kursdan çıxandan sonra olmuşdu. Biz təkrar ekspertiza keçirilməsi üçün müraciət etmişik, sabah ya da birigün qərar çıxacaq. İkinci rəy də saxta olsa, xarici ölkələrdə ekspertiza keçirtdirəcəyik.

Qarşı tərəf işin əvvəlində barışmaq, adlarının hallanmaması üçün pul təklif etmişdi, mən qəti olaraq razılaşmadım. Oğlan evlidir, 1 yaşlı uşağı var. Atası ilə birgə "Ambassador" oteli işlədirlər".

Qeyd edək ki, şikayətlə bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar