Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda keçmiş başçı axtarışa verildi

Tarix: 02-02-2019 13:46     Baxış: 3156 A- / A+
Azərbaycanda keçmiş başçı axtarışa verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəməsi yekunlaşıb.

Manevr.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə R.Bayrama şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Keçmiş başçı M.Səfərovun isə məhkəmə iclaslarından yayındığı bildirilib.

O, son bir neçə iclasa gəlməyib və məhkəməyə bu barədə rəsmi məlumat verməyib. Buna görə də Münsif Səfərov barəsindəki cinayət işi ayrıca icraata götürülüb və onun barəsində həbsli axtarış qərarı verilib. Sonuncu iclasların birində dövlət ittihamçısı çıxış edərək M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib. Bu tələbdən sonra sabiq icra başçısı yoxa çıxıb və bir daha məhkəməyə gəlməyib. İttihama görə, M.Səfərov R.Bayramovla birgə vətəndaş Fərabi Mənsurun evini dələduzluq yolu ilə ələ keçirərək ona 60 min manat ziyan vurmaqda təqsirləndirilir."qafqazinfo"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar