Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda taksi sürücüsü sərnişinə hücum etdi - VİDEO

Tarix: 01-02-2019 23:46     Baxış: 3244 A- / A+
Bakıda taksi sürücüsü sərnişinə hücum etdi

Bakıda taksi sifariş edən şəxs sürücünün hücumuna məruz qalıb.

Manevr.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxt sakini Elvin Ağayev bir neçə gün əvvəl taksi şirkətlərindən birinə sifariş verdiyini, operator xanıma metronun “Neftçilər” stansiyası yaxınlığından Babək prospektinə gedəcəyini deyib.

Operator gediş haqqının 2 manat 90 qəpik olduğunu bildirdikdə, o, taksinin həmin ünvana gəlməsini istəyib.

“Taksi gəldi. Məni həmin əraziyə yox, başqa yerə apardı. Sonra gətirdi məni dediyim ünvana. Mən həmin məbləğin üstünə əlavə iki manat qoyub verdim. Başladı ki, “pulu belə niyə atırsan. İt qabağına atmırsan”, sonra üstümə hücum elədi. Mənə dedi yeddi manat verəcəksən. Dedim axı qız 2.90 manat deyib, mən də əlavə iki manat verirəm. Sonra başladı əl-qol atmağa”, - deyə E. Ağayev bildirib.

Sürücünün E. Ağayevə hücum edib döyməsinə ətrafda olan insanlar mane olub. Onlar sərnişin E. Ağayevi tez yaxınlıqdakı obyektə salıblar. Sürücü getdikdən sonra o çıxıb və sifariş etdiyi taksi şirkətinə bu barədə məlumat verib.

Sözügedən taksi şirkətinin icraçı direktoru Anar Ağayev bildirib ki, həmin sürücü ofisə çağırılıb və səhvi ona izah olunduqdan sonra işdən azad edilib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar