Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şabranda 32 yaşlı kişi küçədə ölümcül bıçaqlandı

Tarix: 31-01-2019 14:21     Baxış: 3185 A- / A+
Şabranda 32 yaşlı kişi küçədə ölümcül bıçaqlandı


Şabran rayonunda qəsdən adam öldürməyə cəhd hadisəsi baş verib.

Manevr.az bildirir ki, Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 30-da rayon ərazisindəki "Aygünlü" Ticarət Mərkəzinin qarşısında baş verib.
Rayonun Aygünlü kənd sakini, 1986-cı il təvəllüdlü Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da axşam saat 17 radələrində rayon sakini, 1997-cı il təvəllüdlü Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib.

Lakin ətrafdakıların müdaxiləsi nəticəsində F. Musayevin niyyəti baş tutmayıb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, cinayət aləti olan bıçaq götürülüb, F. Musayev şübhəli şəxs qismində tutulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar