Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dəhşətli olay: Qızına təcavüz etdi, arvadını döyüb… – İnanılmaz

Tarix: 12-12-2018 16:23     Baxış: 2291 A- / A+
Azərbaycanda dəhşətli olay: Qızına təcavüz etdi, arvadını döyüb… – İnanılmaz


Tərtər rayonunda azyaşlı qızına təcavüz etməkdə təqsirli bilinən Elnur Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Manevr.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 17-nə təyin edilib.

İttihama görə, ötən ilin sonlarında Tərtər rayonunun Evoğlu kəndinin sakini Elnur Şirinov 14 yaşlı qızı Samirəyə (ad və soyad şərti verilib – red.) təcavüz edib.

Atası tərəfindən dəfələrlə təcavüzə məruz qalan 14 yaşlı qız hamilə qalıb. Samirənin hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətlərində basdırılıb.

Araşdırma zamanı məlum olub ki, Elnur Şirinov 14 yaşlı qızı ilə 5 ilə yaxındır intim əlaqədə olub.

Bütün bu baş verənlərdən sonradan Elnur Şirinovun həyat yoldaşı xəbər tutub. O, qızının hamiləliyinin sonlandırılmasını həyata keçirib. Amma ərindən hüquq-mühafizə orqanlarına şikayət etmək əvəzinə ailənin digər üzvlərini bu barədə heç kimə deməmək barədə tənbeh edib. Məqsəd kənd içində biabır olmamaq olub.

Qeyd edək ki, Elnur Şirinovun 6 azyaşlı qızı var.

İstintaqın gəldiyi nəticəyə görə, 6 qız övladından sonra Elnur Şirinovun həyat yoldaşı 7-ci dəfə hamilə qalıb.

Elnur Şirinov arvadını döyüb və həmin uşaq ana bətnində ölüb. Bu hadisədən sonra Elnur Şirinovun barəsində hüquq-mühafizə orqanlarına şikayət olunub.

Araşdırma aparılan zaman Elnur Şirinovun əvvəlki dəhşətli cinayətinin də üstü açılıb.

İstintaq orqanı tərəfindən Elnur Şirinovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır xəsarət yetirmə) və 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddələri ilə ittiham elan edilib./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar