Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artistinin oğlu azadlığa buraxıldı

Tarix: 11-12-2018 21:28     Baxış: 2192 A- / A+
Xalq artistinin oğlu azadlığa buraxıldı

Barəsində şərti cəza təyin edilib, 1000 manat məbləğində cərimə olunub

Binəqədi Rayon Məhkəməsində dələduzluqda ittiham olunan mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Manevr.az
-ın xəbərinə görə, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, O.Nadirov barəsində şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

O.Nadirov 1000 manat məbləğində cərimə olunub.

İttihama görə, O.Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib. O.Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4(dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb./virtualaz.org



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar