Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərəb turistin cəsədi tapıldı - Otel otağında faciə

Tarix: 11-08-2016 16:43     Baxış: 2475 A- / A+
Ərəb turistin cəsədi tapıldı

Neftçilər prospektindəki "JW Marriott Absheron" otelindəki nömrələrdən birində ərəb turistinin cəsədi aşkar edilib. Bu barədə Səbail rayonu Polis İdarəsindən məlumat verilib.

Turistin şəxsiyyəti müəyyən edilib. Aşkarlanan cəsəd 1953-cü il təvəllüdlü Əlmuhanna Məhəmməd Əli Aminə məxsusdur. Cəsəddə zorakılıq əlamətlərinə rast gəlinməyib.

Məhkəmə-tibb ekspertləri artıq 270 kiloqram çəkisi olan ərəbin cəsədini yarıblar. Onlar həmin şəxsin ürək tutmasından ölməsi qənaətinə gəliblər. Ekspertlər həmçinin Əlmuhannanın şəkərli diabetdən əziyyət çəkdiyini aşkar ediblər. Ölməzdən əvvəl ərəb turistin qarın nahiyəsinə insulin vurulduğu məlum olub.

Əlmuhanna Məhəmməd Əli Aminin Azərbaycana tək gəldiyi də məlum olub. Hazırda patoloqoanatomlar cəsədi BƏƏ səfirliyinə təhvil vermək üçün materialları hazırlayırlar.

Səbail RPİ-də ərəb turistin ölməsi ilə bağlı bir versiya da var: "Son zamanlar Bakıya ərəb turistlərinin axını müşahidə olunur. Lakin problem ondadır ki, burada bir çox ərəb kişiləri özlərini çox sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Bəlkə də ona görə turistin orqanizmi davam gətirməyib".

Lakin bu sadəcə mülahizədir. Hazırda fakt üzrə araşdırmanı Səbail prokurorluğu aparır. (Sputnik.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar