Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Lənkəranda yırtıcı heyvanlar sakinlərə hücum etdi - 4 nəfər yaralandı

Tarix: 21-11-2018 14:12     Baxış: 3185 A- / A+
Lənkəranda yırtıcı heyvanlar sakinlərə hücum etdi - 4 nəfər yaralandı


Lənkəran rayonunda çaqqallar sakinlərə hücum edib.

Manevr.az xəbər verir ki, hadisə rayonun Osaküçə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 58 yaşlı Südabə Əlibala qızı Həsənova, 60 yaşlı Bəxtiyar Şahhüseyn oğlu Həsənov, 37 yaşlı Rakif Balaxan oğlu Dövlətov və 1 yaşlı Cavid Ələmdar oğlu Hümmətov yırtıcı heyvanların hücumu nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar. Onlara quduzluq əleyhinə vaksin vurulub.

Xəsarət alan S.Həsənovanın sözlərinə görə bağda toyuq-cücə səsi eşidərək həyətə düşüb və çaqqalın ev quşlarını tələf etdiyini görüb. Bu zaman yırtıcı heyvan ona hücum edib: "Boğazımı dişləmək istəyirdi. Əllərimlə üzümü tutdum. Yerə yıxılıb sifətimi yerə dayadım. Evdəkiləri köməyə çağırdım".

Çaqqal qadının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Köməyə gələn onun həyat yoldaşı B.Həsənov da yırtıcı heyvanların hücumuna məruz qalıb. Çaqqal onun üzərinə tullanaraq sifətini dişləyib./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar