Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış modelyerin məhkəmədə ürəyi getdi: "Onu tutun..."

Tarix: 21-11-2018 13:40     Baxış: 2167 A- / A+
Tanınmış modelyerin məhkəmədə ürəyi getdi: "Onu tutun..."

Tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Manevr.az
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə zərərçəkmiş Leyla Əhmədovanın vəkili vəsatət qaldırıb. O, Nizami Ağayev və Azər Lütfəliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi və onların məhkəmə zalında həbs edilməsini istəyib.

Təqsirləndirilən Nizami Ağayevin vəkili isə vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini tələb edib.

Vəsatətlərə münasibət bildirən Leyla Əhmədova ağlayıb. O, Nizami Ağayevin Ceyhun Eyvazovu onun üstünə göndərdiyini deyib.

Çıxış zamanı Leyla Əhmədovanın ürəyi gedib. Ona yardım göstərilib, zərərçəkmiş özünə gəlib.

Daha sonra qərar qəbul edən hakimlər vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, iş üzrə modelyerə dəymiş ziyan 100 min manatdan çoxdur.

Leyla Əhmədova hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan icarəyə götürüb.

Onun sözlərinə görə, bir zirzəmi və 3 mərtəbədən ibarət olan obyekti ilkin razılıqla aylıq 24 min manata icarəyə götürüb. Obyekt sahibləri ilə Leyla Əhmədova arasında əldə olunan razılaşmaya əsasən, icarədar obyektdə təmir işləri aparmağı və xərclədiyi vəsaiti hissə-hissə aylıq icarə pulundan çıxılmalı imiş.

Leyla Əhmədovanın sözlərinə görə, təmirə başlayandan bir müddət sonra Nizami Ağayev ona maneçiliklər törətməyə başlayıb.

Ümumilikdə Leyla Əhmədovaya 1 milyon 100 min manat ziyan dəyib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə cinayət işi başlanıb./teleqraf.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar