Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Şəmistan Əlizamanlı və o musiqidən daha yaxşı yararlanmaq olardı” - “Diriliş Ərtoğrul”a irad

Tarix: 10-11-2018 20:04     Baxış: 3270 A- / A+
“Şəmistan Əlizamanlı və o musiqidən daha yaxşı yararlanmaq olardı” - “Diriliş Ərtoğrul”a irad

"Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyədə “Diriliş Ərtoğrul” serialında epizodik bir rola çəkilməsinə baxmayaraq, hər iki ölkədə adndan söz etdirə bilib. O, tarixi mövzulu serialda ozan rolunda çıxış edərək, “Tanrı türkə yar olsun” mahnısını saz sədaları altında ifa edib.

Müddəti cəmi 5 dəqiqə olan ifa reytinqləri alt-üst edib...

Lakin həmin epizod və səhnə çəkimləri ilə bağlı mənfiləri deyənlər də var.


Manevr.az
xəbər verir ki, AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, məşhur hərbi mahnıların müəllifi olan Şahin Musaoğlu moderator.az-a açıqlamasında o səhnə ilə bağlı bir neçə qüsuru dilə gətirib:

“Qardaş öləkənin serialında Azərbaycana aid hər hansı musiqi parçasının elə öz sənətçimiz tərəfindən ifası çox sevindirici haldır. Serialda ozan rolunda çıxış edən Şəmistan Əlizamanlnın oxuduğu mahnının sözləri AYB və onun Hərbi Vətənpərvərlik Komissiyasınn üzvü Nizami Saraclıya aiddir. Çox gözəl sözləri var. Türkün ululuğuna, inancına və imanına hesablanan misralardır. Həm də eyni zamanda, türkçülüyü qucaqlayan, onun qədim, ulu, zəngin mədəniyyətini özündə əks etdirən fikirlər səslənir.
Musiqiyə gəlincə, həmin mahnı Azərbaycan cəmiyyətinə çox yaxşı tanışdı. Azərbaycan və türk ictimaiyyətində rəğbət qazanan mahnıdır. Türkiyə Cümhuriyyətinin başqanı cənab , Rəcəb Tayyib Ərdoğanın tanıtım çarxında istifadə olunması onu deməyə əsas verir ki, o səhnədə -yemək məclisində səsləndirilməsi ifanın əzəmətinə müəyyən qədər kölgə salıb.

Türk qardaşlarımz məndən inciməsin, fikrimcə, Şəmistan Əlizamanlının səsindən, görkəmindən aktyorluq qabiliyyətindən daha artıq yararlanmaq olardı.
O, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyorluq məharəti çox yüksəkdir.
Səhnələr dinamik kadrlarla əvəzlənsəydi, daha məqbul sayılar, ya kütləvi döyüş səhnələrində, ya döyüşdən əvvəl oxunsaydı bu, daha məqsədəuyğun olardı, nəinki istirahət vaxtı, əyləncə zamanına işarət edən bir yerdə...
Döyüşən orduya, onu ruhlandırıb, hisslərini qamçılayıb ifa məkanı düzgün seçilməyib.

Ozan o türkünü dinamik kadrlarda, döyüş səhnələrində oxusaydı, daha çox effekt verərdi. Üstəgəl, Şəmistan Əlizamanlının geyimi, qrimi o qədər də uğurlu alınmayıb.
Hazırda Limon prodakşının “Savaşçı” serialında da “Cənab leytenant” mahnısı səsləndiriləcək. Həmin serialda iki yerli aktyorumuz çıxış edir. Onlar da bu məsələdə diqqətli olsunlar. Təmsil olunuruqsa, layiqli təmsil olunaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar