Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda həmyerlisini küt alətlə qətlə yetirən şəxs saxlanılıb (FOTO)

Tarix: 09-11-2018 13:20     Baxış: 2169 A- / A+
Sumqayıtda həmyerlisini küt alətlə qətlə yetirən şəxs saxlanılıb (FOTO)

Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən trend-ə verilən məlumata görə, hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə edib və döyülüb.

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.

Qeyd olunan faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Sumqayıtda həmyerlisini küt alətlə qətlə yetirən şəxs saxlanılıb (FOTO)

Sumqayıtda həmyerlisini küt alətlə qətlə yetirən şəxs saxlanılıb (FOTO)

Sumqayıtda həmyerlisini küt alətlə qətlə yetirən şəxs saxlanılıb (FOTO)

Sumqayıtda həmyerlisini küt alətlə qətlə yetirən şəxs saxlanılıb (FOTO)



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar