Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Böyük qalmaqal: jurnalist konsulluq binasında, masada şaqqalanıb - FOTO

Tarix: 17-10-2018 10:31     Baxış: 3268 A- / A+
Böyük qalmaqal: jurnalist konsulluq binasında, masada şaqqalanıb - FOTO



Məşhur səudi jurnalist, The Washington Post qəzetinin köşə yazarı, 59 yaşlı Camal Haşoqqinin qətli ilə bağlı yeni təfərrüatlar bəlli olub.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Türkiyə polisi jurnalistin həyatının son anlarının səs yazısını əldə edib.

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna oktyabrın 2-də daxil olan Camal Haşoqqi binaya girən kimi zərbə alaraq yerə yıxılıb. Sonra onun qollarını burublar və baş konsul Məhəmməd İbrahim əl Uteybinin kabinetinə aparıblar.

Burada təxminən bir saat davam edən dindirmədən sonra jurnalist amansızlıqla, vəhşiliklə döyülüb. Səs yazısında Camal Haşoqqinin qışqırtı, iniltisi var.

Jurnalisti sakitləşdirmək üçün ona narkotik inyeksiya vurulub. Bundan sonra kabinetə Səudiyyə Ərəbistanından gəlmiş xüsusi "ləğvetmə dəstəsi"nin üzvləri, zabitlər daxil olublar. Onlar Haşoqqini öldürüblər, sonra cəsədi qonşu otağa apararaq orada masanın üzərində cərrah mişarları ilə doğrayaraq şaqqalayıblar.

Sonda Haşoqqinin cəsədinin tikələri kimyəvi turşuda əridilib, qalıqlar xüsusi paketlərə yığılaraq çantalara qoyulub. Çantaları götürən şəxslər qara rəngli avtofurqona oturaraq hava limanına yollanıblar, Səudiyyə Ərəbistanından onları gətirən təyyarəyə oturaraq geri qayıdıblar.

Türkiyə polisi İstanbul prokurorluğu və terrorizmlə mübarizə mütəxəssisləri ilə birlikdə dünən Səudiyyə Ərəbistanının konsulluğunda 9 saat davam etmiş axtarışlar aparıb.

"İtkin düşmüş Camal Haşqoqqi iki həftə əvvəl qətlə yetirilib və cəsədi şaqqalanıb", - rəsmi mənbələrin açıqlamasında deyilir.

Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulu Məhəmməd İbrahim əl Uteybi isə dünən ölkəni tərk edərək vətəninə yollanıb. Daha doğrusu, o, diplomatik toxunulmazlığından istifadə edərək qaçıb.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Səudiyyə Ərəbistanı jurnalstin ölümündə əli olmadığını tutarlı dəlillərlə sübut etməyənə qədər rəsmi Ər-Riyad Haşoqqinin ölümündə şübhəli bilinəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar