Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bayılda 3 ev dağıldı, sakinlər gecə ilə köçürüldü

Tarix: 16-05-2018 10:34     Baxış: 3200 A- / A+
Bayılda 3 ev dağıldı, sakinlər gecə ilə köçürüldü


"Ötən gün Bayıldakı yeni sürüşmə sahəsində 3 ev tamamilə dağılıb, 22 qəzalı evin sakinləri isə gecə ilə köçürülüb".

Manevr.az məlumatına görə, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, dünən sürüşən sahə əvvəl sürüşməyə məruz qalan ərazi deyil: "Bu sürüşmə yeni sahədir, burada aşınma gedir. Bunun səbəbi də yüklənmədir, yamac kəsilib, nəticədə də ərazidə təbii aşınma hadisəsi baş verir, çünki dayanıqlılıq yoxdur. Burada 60-70 il əvvəl tikilmiş evlər var".

Ə.Qaralov qeyd edib ki, ərazidə gərginlik davam edir: "Hazırda ərazidə müşahidələr aparılır. Sürüşmə nəticəsində yaranan çatı gözlə görmək olur, təxminən, 4-5 santimetr eni olan çatın, uzunluğunu hələ dəqiq deyə bilmərik. Çat boyu yerləşən evlərdə isə təbii ki, gərginlik qalmaqdadır".

Mütəxəssis qeyd edib ki, hazırda ərazidə bir neçə qurumun əməkdaşı var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar