Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının 3 rayonunda yayılan pis qoxu ilə bağlı NAZİRLİK XƏBƏRDARLIQ ETDİ

Tarix: 11-05-2018 12:01     Baxış: 4270 A- / A+
Bakının 3 rayonunda yayılan pis qoxu ilə bağlı NAZİRLİK XƏBƏRDARLIQ ETDİ


“Ötən həftə paytaxtın Sabunçu, Xətai, Səbail və bir sıra ərazilərdə atmosferdə kəskin qoxu müşahidə edilib və bu da insanlara mənfi təsir göstərib. Bununla bağlı müvafiq təşkilatlara xəbərdarlıq etmişik”.

Manevr.az-ın xəbərinə görə, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq departamentinin əməkdaşı Mirsalam Qəmbərov son günlər havada yayılan pis qoxu ilə bağlı aparılan monitorinqin nəticələrindən danışarkən deyib.

M.Qəmbərov bildirib ki, monitorinq nəticəsində şəhərin bir sıra ərazilərində bunun daha kəskin olduğu müəyyənləşib:

“Mayın dördündə nazirliyin müvafiq qurumları tərəfindən bununla bağlı araşdırma aparılıb. Müəyyən etdik ki, şəhərin müvafiq nöqtələrində dörd yerdə daha kəskin yayılıb. Bu bilavasitə neft emalı zavodu və onun əhatə dairəsinə aid olan ərazilərdir. Havanın isti və rütubətin normaya uyğun olmaması bu maddələrin daha çox yayılmasına səbəb olub. Neftayırma zavodunun əməkdaşları prosesin onlarda baş vermədiyini deyir. Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər. Lakin atmosferə atılanda bu atmosfer havası üçün zərərli ola bilər. Ayrılan tullantıların atmosfer havası üçün zərərsiz olması üçün bütün lazımi tədbirlər görməkdə istehsalçı müəssisələr öhdəlik daşıyır. Qanunverciliyin tələbi pozulursa, qanunamüvafiq tədbir görülməlidir. Buna uyğun protokol tərtib edilib. İşçi qrupumuz hazırda pis qoxu yayılan ərazilərdə ətraf mühitə vurulan ziyanı hesablayır, yaxın günlərdə bu rəqəm açıqlanacaq”.\publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar