Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabirabaddakı traktor qəzasında ölən nişanlı qızın son arzusu

Tarix: 07-05-2018 19:45     Baxış: 41 153 A- / A+
Sabirabaddakı traktor qəzasında ölən nişanlı qızın son arzusu


Bu gün səhər saatlarında Sabirabad rayonunun Şəhriyar kəndində pambıq tarlasına gedən bir nəslin altı üzvünün faciəli sürətdə həlak olması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, faciəyə səbəb olan 24 yaşlı İmanov Xalid Əjdər oğlu hazırda Şirvan Şəhər Xəstəxanasında reanimasiyadadır. Bu barədə hadisədə həlak olan Elnarə Bağırovanın qardaşı Afət Kərimov bildirib. Onun sözlərinə görə, 6 nəfərin ölümü, 2 nəfərin yaralanmasına səbəb olmuş şəxs komadan ayılsa da, danışmaqda çətinlik çəkir və şok vəziyyətindən tam olaraq ayılmayıb.

Hadisə zamanı 24 yaşlı traktor sürücüsünün anası da hadisə zamanı həlak olub.

Bir ailənin üç üzvünün həlak olduğu faciədə ölən Fatimə və Zəhra Bagırovalar əkiz bacı olub. Onların anası Elnarə Bağırova da qoşqunun altında qalaraq dünyasını dəyişib. Anasını və iki bacısını itirən 10 yaşlı Əli Bağırov deyib ki, rəhmətə gedən bacılardan biri nişanlı olub. O biri isə on gün sonra ali məktəbə qəbul imtahanına hazırlaşırmış.

Həlak olan Elnarə Bağırovanın qardaşı Amil Kərimov isə bildirib ki, yeznəsi Teymur Bağırov hadisədən xəbərsizdir:

"Ona deyiblər ki, anası rəhmətə gedib. Ta bilmir ki, iki qızı, yoldaşı dünyasını dəyişib. İndi yoldadı, dəfnə çata bilmədi. Pul qazanmaq üçün Rusiyaya getmişdi. İki ay sonra nişanlı qızına toy edəcəkdi, o da belə oldu. Zəhra universitetə hazırlaşırdı. Mayın sonunda imtahan verəcəkdi. Deyirmiş ki, ali məktəbə qəbul olum, qurban kəsərsiniz. Qismət deyilmiş".

Qonşuların sözlərinə görə, Bağırovlar ailəsinin indi iki övladı qalıb:

"Biri qızdı, 9-cu sinifdə oxuyur. Balacası isə Əlidir. 6-cı sinif şagirdidir. Həlak olan əkiz bacılar isə bu il məzun olacaqdılar".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar