Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda qadın və kişi əlbir olub adam öldürdü: "Sevgilimi zorlamaq istəyirdi..."

Tarix: 30-04-2018 12:08     Baxış: 4264 A- / A+
Bakıda qadın və kişi əlbir olub adam öldürdü: "Sevgilimi zorlamaq istəyirdi..."

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən sevgililərin - Eşqin Rəsulov və Ramella Əlmuradova cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Manevr.az report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Rəsulov 18 il, R.Əlmuradova isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl ötən ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. E.Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı R.Əlmuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı A.Balayev E.Rəsulovu təhqir edib. Bu zaman E.Rəsulov A.Balayevi yerə yıxaraq yumruq-təpik zərbələri vurmağa başlayıb.

Ciddi müqavimət görən E.Rəsulov R.Əlmuradovadan dostunun əl-qolunu bağlamaq üçün ip istəyib. Qadın da ipi gətirərək A.Balayevin əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan A.Balayevi yumtuq-təpik zərbələri vuraraq qətlə yetirib.

E.Rəsulov ilkin ifadəsində dostunun sevgilisini zorlamaq istədiyi üçün qətlə yetirdiyini desə də, aparılan araşdırmalar zamanı qətlin qumar üstündə baş verdiyi bildirilir.

Hər iki şəxs məhkəmənin baxış iclasında özlərini təqsirli bildiklərini deyib, heç biri ifadə vermək istəməyib. Söyləyiblər ki, istintaqda yazılıb.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar