Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Arvadını atıb gizli sevişdiyi 15 yaşlı baldızını qaçırtdı -VİDEO

Tarix: 04-10-2016 14:27     Baxış: 4637 A- / A+
Arvadını atıb gizli sevişdiyi 15 yaşlı baldızını qaçırtdı

Cəlilabadın Məmmədrzalı kənd sakini Aynurə Nağıyeva sentyabrın 23-dən itkin düşüb. Ailəsinin polisə verdiyi məlumata görə, 15 yaşlı Aynurə evdən çıxıb və bir də geri qayıtmayıb.

Ailədə 5 bacının yaşca 3-cüsü olan Aynurəyə qonşu kəndlərdən bir neçə dəfə elçi gəlsə də, valideynləri onun azyaşlı olduğunu əsas gətirərək "yox" cavabı veriblər. Ailə də əvvəlcə qızı elə elçi gələn şəxsin qaçırdığından şübhələnib. Ancaq sonradan həmin şəxslərin hadisədən xəbərsiz olduqları üzə çıxıb.

Publika.az bildirir ki, A.Nağıyeva əslində itkin düşməyib, o böyük bacısının əri ilə qaçıb.

Cəlilabad Rayon Polis Şöbəsindən sayta bu məlumatı təsdiqləyiblər. Şöbədən bildirilib ki, A.Nağıyeva böyük bacısının əri ilə gedib və ailənin də bundan xəbəri var:
"Böyük bacısının əri ilə onun münasibətləri olub. O, aylarla öz ailəsini qoyub qaynatasının evində qalırmış. Ayın 23-də yeznə iki uşağı ilə birlikdə arvadını gətirib qaynatasının evinə qoyub. Arvadının 15 yaşlı bacısını da götürüb aparıb. İndi Aynurənin böyük bacısı ata evindədir. Hazırda qızın axtarışları davam edir. Yeznənin öz evi, qohumlarının evində axtarışlar aparmışıq. Hələ ki, onlar tapılmayıblar. Böyük ehtimalla onlar tapılandan sonra qız azyaşlı olduğuna görə oğlan tutulacaq".

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar