Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şəkidəki qan ev üstündə tökülüb

Tarix: 08-08-2016 20:29     Baxış: 2527 A- / A+
Şəkidəki qan ev üstündə tökülüb






"Ortaya fakt, sənəd qoy ki, bu ev sənindir"


Şəkidəki bıçaqlaşmanın təfərrüatları üzə çıxdı.

Qardaşoğlu Rusiyadan gələn əmisini bıçaqladı, arvadını isə yabaya keçirdi.

Kanal S (Region TV) xəbər verir ki, hadisə Şəkinin Cəfərabad kəndində qeydə alınıb. Rusiya dövlətinin Tümen vilayətində qeydiyyatda olan Qiyas Rüstəmov və həyat yoldaşı Lyudmila Sazanova bir neçə gün əvvəl Cəfərabad kəndinə qonaq gəliblər. Orada onların Qiyas Rüstəmovun qardaşı oğlu Vüsal Rüstəmovla mübahisələri düşüb. Mübahisə zamanı Vüsal Rüstəmov doğma əmisi olan Qiyas Rüstəmova bıçaqla, onun həyat yoldaşına isə yaba ilə xəsarət yetirib.

Müxtəlif xəsarətlər alan Qiyas Rüstəmov və onun həyat yoldaşı Lyudmila Sazanova xəstəxanaya çatdırılıb.

Qiyas Rüstəmov - zərərçəkən: "Bizə ata-anadan yurd qalıb. Onun arvadı deyir ki, bura mənimdir. Mən də deyirəm ki, ortaya fakt, sənəd qoy ki, bura sənindir. Elə onu deyəndə, qan fışqırdı. Qaçıb aynəbəndə girdim. Bağladıq qapını. Zəng elədim təcili yardıma ki, bizi bıçaqlıyıblar".

Hadisəni törədən Vüsal Rüstəmov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar