Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda dərsdən qayıdan qızı maşın vurub öldürdü

Tarix: 15-12-2017 10:38     Baxış: 4544 A- / A+
Bakıda dərsdən qayıdan qızı maşın vurub öldürdü
Bakının Yasmal rayonunda, dairəvi yolun Qanlı göl yaşayış massivi ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı avtobusdan düşərək sürət həddi 110 km/saat olan yolun digər tərəfinə keçmək istəyən zaman baş verib.

Bu zaman onu Məcnunzadə Çingiz Gündüz oğlu idarə etdiyi "99-LC-158" dövlət qeydiyyat nişanlı "Hyundai Azera" markalı avtomobillə vurub. Xəsarət alan qız xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb. Ç.Məcnunzadə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ardınca sözügedən yaşayış massivinin sakinləri yolda piyada keçidinin olmamısına etiraz əlaməti olaraq hadisənin baş verdiyi əraziyə toplaşıblar. Onların tələbi o olub ki, həmin ərazidə yerüstü piyada keçidi tikilsin. Sakinlər Post Patrul Xidmətinin əməkdaşları tərəfindən yoldan kənarlaşdırılıb.

Ölən S.Qənbərova 23 saylı orta məktəbin 10-cu sinif şagirdi idi. O, hadisə vaxtı məktəbdən evə qayıdırmış.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar