Xəbər lenti
Bakıda uşağa 5 it hücum etdi
Xətai rayonunda, Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən, böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış.
Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı azyaşlı xəstəxanaya aparılıb.
4 saylı Uşaq Poliklinikasından bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə, çox qorxduğu üçün şok vəziyyətindədir.
S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib.
İt dişləyən S.Mirzəyeva 63 saylı orta məktəbin şagirdidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar