Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Tamah güc gəlib” – 4000 manatlıq oğurluq edən qadın -VİDEO

Tarix: 29-08-2016 19:37     Baxış: 3591 A- / A+
“Tamah güc gəlib” – 4000 manatlıq oğurluq edən qadın

Manevr.az

Yevlax rayon sakini Mingəçevirdə oğurluq etdiyinə görə polis tərəfindən saxlanılıb. Həmin şəxs evlərdən birindən 4000 manat dəyərində qızıl-zinyət əşyaları oğurlayıb.

Hadisə Mingəçevir şəhəri Energetiklər qəsəbəsindəki həyət evində baş verib.

Yevlax şəhər sakini 1983-cü il təvəllüdlü Zarina Ramiz qızı Kərimova evin qapısının açarını ev sahibinin ayaqqabısının içərisində olduğunu təxmin edib.

Açarı ayaqqabının içərisindən götürən Zarina Kərimova mənzilə daxil olaraq oradan bir cüt qızıl sırqa, bir ədəd boyunbağı, bir ədəd qızıl klon olmaqla, ümumilikdə 4000 manat dəyərində zinyət əşyalarını oğurlayıb.

Saxlanın Zarina Kərimova etdiyi əməldən peşman olduğunu bildirib: “Çox peşmançılıq çəkirəm. Özüm götürmüşəm. Təsadüfən görmüşəm. Tamah güc gəlib”.

Ev sahibi Xaləddin Çingiz oğlu Həsənov faktla bağlı polis şöbəsinə müraciət edib.

Əməliyyat axtarış tədbirləri zamanı oğurluq edən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Region TV)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar