Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyə sədri qəzada ağır yaralandı - Azərbaycanda

Tarix: 03-08-2016 17:33     Baxış: 1538 A- / A+
Bələdiyyə sədri qəzada ağır yaralandı

Daşkəsən rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 53 yaşlı Akif Əziz oğlu Muradov idarə etdiyi NİVA markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və qarşı tərəfdən gələn "QAZ- 24" markalı avtomobillə toqquşub.

Nəticədə NİVA-nın sürücüsü A.Muradov və onun sərnişini Sabir Camalov müxtəlif bədən xəsarətləri alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiyə şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, A.Muradov kəllə-beyin travması, S.Camalov isə döş qəfəsindən sınıq xəsarəti alıb, hər iki yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalara başalanılıb.

Qeyd edək ki, NİVA-nın sürücüsü A.Muradov Daşkəsən rayonunun Zəylik kənd bələdiyyəsinin sədridir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar