Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qarabağın həlli vasitəçilərdən asılı deyil" - Səfir

Tarix: 14-02-2017 14:57     Baxış: 4265 A- / A+
"Qarabağın həlli vasitəçilərdən asılı deyil"

ATƏT-in Minsk qrupunun həmsədrləri dialoq üçün şəraitin yaradılması istiqamətində səylərini əsirgəmirlər.

“news.am” saytının verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye keçirdiyi mətbuat konfransında deyib.

“Vasitəçilər əmindirlər ki, münaqişənin həllində sülh danışıqlarından başqa yol yoxdur. İnsan itkiləri təkcə aprel müharibəsi zamanı olmayıb və bu, az qala gündəlik vəziyyətdir. Belə vəziyyət qane edə bilməz”.

Səfirin sözlərinə görə, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması haqqında əldə olunmuş razılaşmalar mütləq icra olunmalıdır: “Lakin bu kontekstdə onu bilmək lazımdır ki, məsələnin həlli vasitəçilərdən asılı deyil. Bu, tərəflərin siyasi iradəsinin şərtləndirdiyi məsələdir”.

Səfir əlavə edib ki, Fransa tərəflərin görüşünü qəbul etməyə hazırdır: “Prezident Olland bəyan etdiyi kimi biz bunu etməyə hazırıq. İstənilən halda, mən də israr edirəm ki, münaqişənin həlli yalnız danışıqlar yolu ilə ola bilər. XX əsrdə sülh yolu ilə həll olunan münaqişələrin nümunəsi var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar