Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəşadət Axundov Nidadan istefa verdi

Tarix: 14-02-2017 10:13     Baxış: 4281 A- / A+
Rəşadət Axundov Nidadan istefa verdi


Rəşadət Axundov Nida Vətəndaş Hərəkatının üzvlüyündən istefa verib.

Bu barədə R.Axundov özü məlumat yayıb.

O, ictimai-siyasi fəaliyyətini dayandırdığını da qeyd edib.

"Bizim səhvimiz həbsxanada əfv müraciəti yazdıqdan sonra hər şeyi sonlandırmamağımız idi. Çünki yeni bir proses başlatmışdıq, amma sona çatdıra bilmədik. Yoldaşlarımızın ümidini qırmışdıq. Hamının, xüsusilə yoldaşlarımın, ən yaxın dostlarımın yanında alnım açıq, vicdanım təmizdir. Onlardan gizli heç vaxt heç nəyim olmayıb. Bütün bu illər ərzində nə vicdanıma, nə dostlarıma xəyanət etmişəm, təmizliyimə xələl gətirməmişəm" - deyə, R.Axundov əlavə edib.

Qeyd edək ki, R.Axundov 2013-cü ildə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) maddəsilə ittiham irəli sürülüb. Nida üzvü 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı əfv sərəncamı ilə R.Axundov azadlığa buraxılıb.

R.Axundov həbs edilənən qədər Nida-nın İdarə Heyətinin üzvü olub. Sonradan İdarə Heyətinin üzvlüyündən çıxaraq təşkilatda sıravi üzv kimi qalmışdı.aznews.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar