Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rayonda evini tərk edən koronavirus xəstəsi saxlanıldı

Tarix: 12-08-2020 14:59     Baxış: 4235 A- / A+
Rayonda evini tərk edən koronavirus xəstəsi saxlanıldı


Balakən rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib, ancaq o, qaydaları pozaraq yaşayış yerini tərk edib.

Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyən edilib. T.Məmmədovun mağazaya və başqa bir neçə yerə getdiyi məlum olub. Polis əməkdaşları və həkimlərin müşayiəti ilə o, Təcili Tibbi Yardım avtomobilinə əyləşdirilərək, koronavirus xəstələrinin müalicə aldığı Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl də T.Məmmədov yaşayış yerini tərk etdiyinə görə, onunla profilaktik söhbətlər aparılıb. Bu hərəkətinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılaraq ciddi xəbərdarlıq edilmişdi. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən qaydaları pozub.

Hazırda məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilməsi üçün Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar