Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Akademiyası konsorsium çərçivəsində Aİ-nın layihəsini qazanıb

Tarix: 06-08-2020 17:01     Baxış: 4297 A- / A+
Gömrük Akademiyası konsorsium çərçivəsində Aİ-nın layihəsini qazanıb


Dövlət Gömrük Komitəsinin Akademiyasının iştirak etdiyi üç illik Avropa İttifaqı Erasmus+ konsorsium layihəsi müsabiqənin qalibi seçilib. Gömrük Akademiyasının və səkkiz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə hazırlanmış “Work4CE” konsorsium layihə təklifi Avropa İttifaqının (Aİ) Eramus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası üzrə qrant müsabiqəsinin qalibi olub.


Bu konsorsium layihəsinə Gömrük Akademiyası ilə yanaşı, Almaniyanın Dortmund Tətbiqi Elmlər Universiteti, Belçikanın Löven Katolik Universiteti, İspaniyanın Del Pais Vasko Universiteti, Ukraynanın Milli Zaporijiya Politexnik Universiteti, Ternopil Milli İqtisad Universiteti, Kiyev Milli Memarlıq və İnşaat Universiteti, həmçinin Azərbaycan Dövlət və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti də daxildir.

Layihə cari ilin noyabr ayında başlayacaq və 2023-cü ilin noyabr ayınadək davam edəcək. Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə, rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”) müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması (“İş 4.0”) hədəfinə xidmət edəcək və Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdiriləcək “Work4CE” layihəsi çərçivəsində konsorsiuma üzv ali təhsil müəssisələrində yeni tədris resursları, fənlərarası tədris planları və modullar hazırlanacaq. Həmçinin, tədris proqramlarının praktik dəyərini və məzunların işə qəbulunu yaxşılaşdırmaq üçün yeni (virtual) universitet - iş yeri əməkdaşlıqları qurulacaq.

Gömrük Akademiyasının bu layihədə iştirakının əsas hədəflərindən biri Azərbaycanda gömrük sahəsi üzrə təlim-tədrisin “Sənaye 4.0” və “İşçi Qüvvəsi 4.0” tələbatlarına, xüsusilə, milli gömrük qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi, həmçinin Azərbaycan gömrük xidməti orqanlarının peşəkar və ixtisaslaşmış gömrük kadrları ilə təminatını dəstəkləməkdir.

Bu baxımdan, Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr üzrə fəaliyyətində müxtəlif beynəlxalq təlim-tədris proqramları, o cümlədən Avropa İttifaqı proqramlarında iştirak əsas prioritetlərdən biridir. Bu sahədə cari yarım ildə və növbəti ildə bir çox təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar