Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağstafada hərbçilər üçün bayram süfrəsi - ŞƏKİL

Tarix: 04-08-2020 15:39     Baxış: 3304 A- / A+
Ağstafada hərbçilər üçün bayram süfrəsi - ŞƏKİL




Tovuz istiqamətində düşmən təxribatının qarşısının alınması zamanı, əsgər, gizir və zabitlərimizin göstərdiyi şücaət müasir hərb tariximizin şanlı səhifəsidir.


Manevr.az xəbər verir ki, “Sity servis” şirkətinin təşəbbüsü, Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi ilə Ağstafa rayonundakı “N” saylı hərbi hissədə müqəddəs Qurban bayramı münasibətilə keçirilən tədbirdə də bu barədə danışılıb.
Tədbirdə hərbçilərlə yanaşı müharibə veteranları, tanınmış ziyalılar, ictimai fəallar, kulinariya ustaları iştirak ediblər.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov, “Sity servis” şirkətinin “Mangal Steak House” şəbəkəsinin baş direktoru Namiq Məmmədov və başqaları hərbçiləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. Çıxışlarda ordumuzun gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə dərin inam ifadə edilib.

Milli Məclisin deputatı Qənirə Paşayeva tədbirdə virtual iştirak edib, hərbçilərə bayram təbrikini çatdırıb, xeyriyyə tədbirinin təşkilatçılarına təşəkkürünü bildirib.
Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan çavuş, Ağstafa rayonunun Göyçəli kəndinin sakini Vüqar Sadıqovun tədbirə dəvət edilmiş oğluna hərbi hissə və “Sity servis” şirkətinin “Mangal Steak House” şəbəkəsi tərəfindən hədiyyələr verilib.
Xeyriyyə tədbirinin təşkili “Azman” holdinq, “Nar & Sharab” və “Zuğulba Saray” tərəfindən də dəstəklənib. Qurban ətindən hazırlanmış xörəklər digər hərbi hissələrə də göndərilib.

Namiq Məmmədov jurnalistlərlə söhbətdə deyib ki, təmsil etdiyi ictimai iaşə şəbəkəsinin kollektivi xalqımızın milli mətbəxinə məxsus təamlarla zəngin olan belə bayram süfrələrini tezliklə işğal azad ediləcək ərazilərdə təşkil etmək arzusundadır.

Ağstafada hərbçilər üçün bayram süfrəsi - ŞƏKİL
Ağstafada hərbçilər üçün bayram süfrəsi - ŞƏKİL
Ağstafada hərbçilər üçün bayram süfrəsi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar