Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu rayona güclü leysan yağdı, kəndlərin işığı kəsildi

Tarix: 03-08-2020 11:18     Baxış: 6299 A- / A+
Bu rayona güclü leysan yağdı, kəndlərin işığı kəsildi

Zaqatalada leysan yağışları və güclü külək bir sıra fəsadlar törədib.

Manevr.az-ın məlumatına görə, avqustun 2-si axşam saat 21 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb, ildırım çaxıb. Bölgəni əhatə edən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları ərazisində yağış yağıb.

Zaqatala rayonu ərazisində güclü külək əsib, dağlıq ərazilərə leysan yağıb. Güclü külək nəticəsində rayonun bir sıra ərazilərində elektrik dirəkləri və naqillər qırılıb. Bəzi yerlərdə iri gövdəli ağacların qırılan budaqları elektrik naqillərinin üzərinə düşüb. Rayonun 10-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Dağlara yağan leysan yağışları nəticəsində Zaqatalanın Tala çayında qısa müddətli sel keçib. Tala çayından keçən sel 16 mindən çox əhalisi olan rayonun Yuxarı Tala və Aşağı Tala kənlərini içməli su ilə təmin edən su xəttini zədələyib.

Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar