Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Roma Papasını kədərləndirdi

Tarix: 12-07-2020 15:41     Baxış: 4283 A- / A+
Ərdoğan Roma Papasını kədərləndirdi

Roma Papası Fransisk Türkiyə hakimiyyətinin Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi barədə qərarından kədərlənib.

TASS agentliyinin verdiyi məlumata görə, Roma Papası bu gün Müqəddəs Petr meydanında ənənəvi xütbəsi zamanı deyib ki, Aya Sofya məbədi barədə düşünür və çox kədərlənir.

Qeyd edək ki, iyulun 10-da Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib. Həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə müvafiq fərman imzalayaraq, Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Türkiyə Prezidenti avqustun 24-də Aya Sofyada ilk namazın qılınacağını bildirib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar