Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyası sona çatıb

Tarix: 10-07-2020 20:52     Baxış: 4260 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyası sona çatıb


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2019-2020-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası sona çatıb. Beş həftə davam edən sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn formatda şifahi formada keçirilib.

Xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılıb.

Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Aİİ-də cari tədris prosesi ilkin olaraq videodərslər formasında, daha sonra isə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən keçirilib.

Tələbələrin imtahanlarda daha fəal iştirak etmələri üçün Elmi Şuranın qərarına əsasən bir sıra güzəştlər tətbiq olunub. Belə ki, cari ilin yaz semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi zamanı onlayn dərslərdə iştirak edən tələbə və magistrantların dərslərdəki fəallığı nəzərə alınaraq, əldə etdikləri nəticələr əsas götürülüb. Onlayn dərslərdə iştirak etməyən tələbələrin yaz semestri üzrə qiymətləndirilməsi onların yay imtahan sessiyasında topladıqları balların 2-yə vurulması ilə həyata keçirilib.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək

narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apelyasiya Komissiyası yaradılıb.

İmtahan sessiyasının gedişatı dekanlıq, tədris şöbəsi və aidiyyatı kafedralar tərəfindən “Microsoft Teams” platforması üzərindən izlənilib.

Tələbələrin imtahanlarda müvəffəqiyyət göstəricisi 95, keyfiyyət göstəriciləri isə 40 faizdən yüksək olub.

Qeyd edək ki, imtahan sessiyası müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən təhsilalanlara tələbə təqaüdü ilə yanaşı Aİİ-də təsis olunmuş Heydər Əliyev adına təqaüd və Şeyxülislam adına təqaüd veriləcək

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyası sona çatıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar