Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Auditin nəticələri əsasında müvafiq tədbirlər həyata keçirilir

Tarix: 10-07-2020 18:25     Baxış: 6279 A- / A+
Auditin nəticələri əsasında müvafiq tədbirlər həyata keçirilir


Azərbaycan Respublikası Hesablama Palatası iyunun 8-də özünün rəsmi internet səhifəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair apardığı uyğunluq auditinin nəticələri barədə məlumat yerləşdirib.


Dövlət Komitəsinin mətbuat xidmətindən Manevr.az-a bildirilib ki, audit nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, bir sıra məsələlər auditin aparıldığı müddətdə öz həllini tapıb, Hesablama Palatasının məlumatında qeyd edilən məbləğdə vəsaitin dövlət büdcəsinə bərpası təmin olunub. Həmçinin vahid aylıq müavinət alan şəxslərin siyahılarının dəqiqləşdirilməsi üçün həmin siyahıları tərtib edən müvafiq yerli icra hakimiyyəti orqanlarına məktub göndərilib.

Qeyd edək ki, Dövlət Komitəsində vahid elektron informasiya bazasının yaradılması və onun işinin təkmilləşdirilməsi məcburi köçkünlərin sosial müdafiəsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasında şəffaflığın təmin olunmasına imkan verir.

Dövlət Komitəsi bir daha bildirir ki, Azərbaycan Respublikası Hesablama Palatasının müəyyən etdiyi nöqsanların tam aradan qaldırılması üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcəkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar