Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirus nə vaxt azalacaq? - Tanınmış virusoloq açıqladı

Tarix: 08-07-2020 22:16     Baxış: 2191 A- / A+
Koronavirus nə vaxt azalacaq? - Tanınmış virusoloq açıqladı


Tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn əmindir ki, koronavirus infeksiyasının aqressivliyi ən azı bir ildən sonra azalmağa başlaya bilər.

Manevr.az xəbər verir ki, o, bu barədə "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə danışıb. Həkimin sözlərinə görə, hazırda bu virus xəstəliyin ağır formasına səbəb olmur və daşıyıcısını öldürmək "effektiv" deyil, çünki bu, onun ötürülmə və yayılma imkanlarını məhdudlaşdırır. Virusoloq qeyd edib ki, qarşıdakı üç il ərzində COVID-19-un aqressivliyi azalmağa doğru gedəcək.

Mütəxəssis onu da əlavə edib ki, tədqiqatçılar əvvəllər yoluxucu xəstəliklərin necə inkişaf etdiyini araşdırıb və bu qənaətə gəlib ki, viruslar yalnız ilkin vaxtlarda ağır formada olur, mutasiyaya uğradıqdan sonra təsir gücünü qismən itirir.

"Koronaviruslar, prinsipcə, orqanizmləri yumşaq şəkildə idarə etməyə, yəni öz qabiliyyətlərindən istifadə etməyə, çoxalmağa, ciddi zərər görmədən öz hesablarına yaşamağa uyğunlaşdırıb. Ümid edirik ki, virusun yeni növü də bu yolla gedəcək", - Altşteyn vurğulayıb.

Virusoloq qeyd edib ki, SARS-CoV-2 digər koronaviruslardan, xüsusən, yüksək yoluxuculuq səviyyəsi ilə fərqlənir.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bəzi ölkələrdə koronavirus infeksiyasının yeni zirvəyə qalxdığını elan etmişdi. Lakin o, bunun ikinci dalğa olmadığını açıqlamışdı. Onun sözlərinə görə, başqa bir dalğanın olacağına dair əminlik yoxdur. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar