Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə əhəmiyyət kəsb edir”-Anar Məmmədov

Tarix: 07-07-2020 15:40     Baxış: 2259 A- / A+
“Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə əhəmiyyət kəsb edir”-Anar Məmmədov


Yayılma sürəti get-gedə artan və daha çox insanı öz cənginə alan СOVID – 19 pandemiyası dünyanı qorxuya salmağa davam edir. Dünya tərəfindən ən güclü olaraq qəbul edilən dövlətlər belə pandemiya qarşısında tab gətirməkdə çətinlik çəkir. İndiyədək ən çox ölüm hallarının ABŞ, Braziliya, Böyük Britaniya, İtaliya və Fransa kimi iri həcmli iqtisadiyyata malik ölkələrdə qeydə alınması da vəziyyətin ciddiliyi ilə bağlı bir daha işarə verir.

Manevr.azbildirir ki, bunu pressxeber.com-a Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, pandemiyanın ilk dəfə özünü göstərdiyi Çin Xalq Respublikasından digər ölkələrə yayılmağa başladığı vaxtda hər bir ölkə təşvişə qapılaraq özünü qoruma prinsipini üstün tutmağa cəhd etdi. Vəziyyət hətta o həddə çatdı ki, dünya ölkələri arasında biri digərinin pandemiyaya qarşı mübarizə vasitələrini mənimsəyir, təyyarə limanlarında digər ölkə nümayəndələrinin maskalarını və ya qoruyucu vasitələrini müsadirə etmək kimi hadisələr baş verirdi. Bunlar onu göstərir ki, dünya hər nə qədər inkişaf etsə də hələ də belə bir vəziyyətə hazır deyil. Hər gün orta hesabla 160 min nəfər bu virusa yoluxur, vəfat edənlərin sayı da durmadan artır. Belə bir şəraitdə aydındır ki, özünəqapanma və əlahiddə mübarizə aparmaq heç bir ölkə üçün effekt verməyəcək. Hər bir dünya dövləti üçün pandemiyadan tək çıxış yolu birgə mübarizə aparmaq, multilateralizm prinsipinə uyğun hərəkət etməkdir:

“Artıq aylardır ki, COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmaması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür. Xüsusilə ixtisaslaşmış xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatı və yeni modul tipli xəstəxanaların inşası bu bəlaya qarşı mübarizədə əsas faktordur. İyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 5 modul tipli xəstəxanadan sonra 800 çarpayılıq yeni xəstəxananın açılışı oldu. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradılması və qısa bir zamanda modul tipli xəstəxanaların istifadəyə verilməsi, növbəti bir ay yarım ərzində 1300 xəstənin qəbulunu nəzərdə tutan daha bir modul tipli xəstəxananın inşası, eyni zamanda əlavə olaraq daha on modul tipli xəstəxananın tikintisinin nəzərdə tutulması seytnot vəziyyətdə belə hökumətimiz tərəfindən lazımı addımların atılmasının bariz nümunəsidir”.

Bu, COVID -19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Bundan sonra da quraşdırılması nəzərdə tutulan modul tipli xəstəxanalar ilə ölkənin səhiyyə sisteminin əlavə 5 mindən çox çarpayılıq ehtiyatı yaranacaq. Burada əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir:

“Açılışda çıxış edən ölkəmizin başçısı bildirdi ki, koronavirusla mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Bəli, Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır.

Məlumdur ki, hazırkı vəziyyətdə ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların 36-sı son zamanda inşa olunmuş, “Yeni klinika”da isə təxminən 700 yerin yaradılması imkan verəcək ki, koronavirusa yoluxmuş insanların rahat müalicəsi həyata keçirilsin. Koronavirus pandemiyasına qarşı mübarizədə müasir laboratoriyaların fəaliyyəti də bu bəlaya qarşı önləyici tədbirlərin görülməsində mühüm şərtdir. Bu gün ölkəmizdə pandemiya ilə mübarizə üçün 29 laboratoriya mövcuddur. Yaxın günlərdə ölkəmizə əlavə 15 laboratoriyanın da gətirilməsi nəzərdə tutulur ki, bununla da ümumi laboratoriyaların sayı 44-ə çatacaq”.

A.Məmmədov bildirib ki, regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. İndi dünyada bir çox ölkələr – Çin, Hindistan, İsrail, Almaniya, İspaniya yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hətta ölkəmizlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 mini ötüb. Bu dəhşətli pandemiyanın Azərbaycanda arzuolunmaz fəsadlar yaratmaması, xəstəliyin ölkə ərazisində geniş yayılmaması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür: “Bütün bunların isə bir məqsədi var idi – ölkə əhalisini pandemiyadan qorumaqla dövlətimizi bu bəladan ən az zərərlə çıxarmaq. Hər birimizin qarşısında bir tələb var: Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, gigiyenik qaydalara riayət etmək, məsafə saxlamaq və qapalı şəraitdə tibbi maskadan və digər qoruyucu vasitələrdən yararlanmaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar