Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqları maskaya necə öyrətmək olar? - Pediatrdan TÖVSİYƏLƏR

Tarix: 07-07-2020 09:30     Baxış: 4225 A- / A+
Uşaqları maskaya necə öyrətmək olar? - Pediatrdan TÖVSİYƏLƏR


Pandemiya dövründə virusdan qorunmaq üçün yoluxma ehtimalı olan yerlərdə uşaqların maska taxması vacib sayılır. Adətən pandemiyanın ilk dövlərindən mütəxəssislər 2 yaşdan yuxarı uşaqlara maska taxılmasını tövsiyə edirlər.

Manevr.az xəbər verir ki, Türkiyədən olan həkim, uşaq sağlamlığı və xəstəlikləri uzmanı Ebru Gözer deyib ki, uşaqlarla yaxın təmas olduğu hallarda maska taxılmalıdır. Təkcə qapalı yerlərdə deyil, hətta açıq havada, parklarda yaxın təmas ehtimalı olduğu zaman maskadan mütləq istifadə edilməlidir. Onun sözlərinə görə, belə yerlərdə uşaqların yalnız öz oyuncaqları ilə oynamalarına şərait yaradılmalıdır. Parklarda olan ortaq oyuncaqlardan, avadanlıqlardan istifdaə olunarsa, bu zaman əl gigiyenasına diqqət olunmalı, əllərin üzə, ağıza toxunmasının qarşısını alan, baryer rolunu oynayan maskadan istifadə olunmalıdır. Ümumiyyətlə, uşaqları qapalı yerlərdən uzaq saxlamaq lazımdır.

Uşaqlarla çox sadə, onların anlayacağı dildə danışmaq, qorxutmadan anlatmaq lazımdır. Həkim deyib ki, indiki halda uşaqları parklar, gəzinti sahələrinə çıxardıqda yeyəcəkləri məhsulları evdən götürmək, yoluxmanının qarşısını almaq üçün bayırdan nəsə almamaq lazımdır.

Uşaqlara taxılan maska ağız və burunu tam örtməli, üzünə uyğun seçilməlidir. Uşaqlara maskadan düzgün istifadə, maskanı çıxarmaq qaydası öyrədilməlidir.

O bildirib ki, uşaqları maska taxmağa həvəsləndirmək üçün onların sevdiyi cizgi filmlərinin qəhrəmanlarının rəsmləri olan masakalar hazırlamaq olar. Analar buna yaradıcı yanaşaraq evdə özləri uşaqlar üçün parçadan maska hazırlaya bilərlər.

Peditar onu da deyib ki, bu dövrdə uşaqların nizamlı şəkildə sağlam qidalanmasına, yuxu rejimlərinə diqqət olunmalıdır. D və C vitaminləri, sinklə zəngin qidalara üstünlük verilməli, immuniteti gücləndirməyə çalışmaq lazımdır.

Həkim deyib ki, indiki dövrdə valideynlər evdə uşaqlara baxan dayələrin sağlamlıq durumuna qarşı çox diqqətli olmalıdırlar. Ümumiyyətlə, kənar şəxs evə daxil olan kimi geyimlərini dəyişməli, əllərini, üzünü yaxşıca yumalıdır. Yalnız bu qaydalara əməl edəndən sonra uşaqlarla təmasa icazə verilməlidir.e-tibb.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar